Vahid HR platforması

Azərbaycan HR Cəmiyyəti

HAQQIMIZDA

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində, 23 iyun 2023-cü ildə “Azərbaycan HR Cəmiyyəti” təsis olunmuşdur. Azərbaycan HR Cəmiyyəti insan resursları sahəsində çalışan mütəxəssisləri birləşdirən, bilik mübadiləsi, peşəkar inkişaf və beynəlxalq HR standartlarının öyrənilməsini hədəfləyən vahid platformadır. Məqsədimiz: ölkədə insan kapitalının inkişafını dəstəkləmək, qlobal HR trendlərini yerli mütəxəssislərə çatdırmaq və regional/beynəlxalq HR şəbəkələrinə çıxış imkanlarını genişləndirmək.

MİSSİYA

İnsan resursları mütəxəssisləri üçün əməkdaşlıq mühiti yaratmaq, bilik və təcrübə paylaşımını gücləndirmək, beynəlxalq standartlara uyğun peşəkar inkişafı sürətləndirmək.

İMTİYAZLAR

Fərdi üzvlük paketləri

Azərbaycan HR Cəmiyyəti insan resursları sahəsində çalışan mütəxəssisləri birləşdirən vahid platformadır. Üzvlər üçün tədbirlərdə xüsusi imtiyazlar, təlim/sertifikasiya proqramlarına güzəştlər və peşəkar inkişaf imkanları təqdim olunur.

STANDART

50 ₼ / illik
  • HR Academy öyrənmə və inkişaf platformasından tam ödənişsiz istifadə
  • HR tədbirlərində iştirak imtiyazları və xüsusi güzəştlər
  • HR trendlərinə çıxış və professional çevrənin genişlənməsi

EKSKLÜZİV

200 ₼ / illik
  • Peşəkar paket üstünlükləri
  • Regional və qlobal HR forumlarında Cəmiyyət adından iştirak hüququ
  • HRnews.az saytında müəllifi olduğu HR məqalələrinin dərc olunması
İMTİYAZLAR

Korporativ üzvlük paketləri

Korporativ üzvlük çərçivəsində şirkətlər üçün HR xidməti və əmək qanunvericiliyi üzrə peşəkar dəstək, tədbirlərdə iştirak və tərəfdaşlıq imkanları, HR Academy platformasına çıxış və s. üstünlüklər təqdim olunur.

STANDART

700 ₼ / illik
  • HR xidməti və əmək qanunvericiliyi üzrə güzəşt
  • İl ərzində forum/konfranslarda tərəfdaşlıq güzəşti
  • HRnews.az saytında şirkət məlumatlarının yerləşdirilməsi
  • HR Academy platformasına ödənişsiz çıxış

EKSKLÜZİV

1800 ₼ / illik
  • Peşəkar paket üstünlükləri
  • Tədbirlərdə stend / reklam yerləşdirmədə əlavə üstünlük
  • Qarşılıqlı layihə və proqramların icrasında dəstək
  • “Tərəfdaşlar” bölməsində şirkət loqosunun yerləşdirilməsi
Bizimlə əlaqə

Müraciət edin

Mesajınızı mümkün olan ən qısa zamanda cavablandıracağıq.